Türkiyə

Türkiyə Azərbaycana bir çox cəhətdən yaxındır: coğrafi, mədəni, dil. Türk dili Azərbaycan dilinə ən yaxın olan dildir. Bu qohumluq əlaqələrinə görə Azərbaycan vətəndaşları türk universitetlərində Türkiyə vətəndaşları ilə eyni məbləğ ödəyərək təhsil alan ölkələrin vətəndaşları sırasına daxildir.

Turizm

Türkiyə stabil olaraq ən çox səyahət edilən ölkələr onluğundadır. Bura gədim xarabaları, köhnə məscidlərı, qalaları, koloritli meqapolislərı, təbiət möcüzələrini sevənləri cəzb edir. Eləcə də, bura çimərlik istirahətini və su əyləncələrini sevənlərin ürəyincə olacaq.

Ona görə də, Türkiyədə təhsil almaq qərarına gələnlər eyni zamanda həm xaricdə təhsil təcrübəsini qazanacaq, həm də əla istirahət edəcəklər.

Təhsil

Türkiyə də Azərbaycan kimi Bolonya prosesində iştirak edir, və buna görə də təhsil sistemi digər Avropa ölkələrinin təhsil sistemi ilə harmonizə edilib, aparıcı Avropa universitetləri ilə tələbə mübadiləsi, ikili diplom proqramları və digər akademik azadlıqlarına yaxşı uyğunlaşmışdır.

Times Higher Education reytinqində universitetlərin pozisiyaları təhsil sisteminin keyfiyyəti haqqında danışır. Orada tam olaraq 17 türk universiteti var, onlardan beşi isə top-500-ə daxildir.

Qiymətlər

Türkiyədə təhsil almaq və yaşamaq ucuzdur. Türkiyənin dövlət universitetində bir il üçün bakalavrlar 50–150 dollar, maqistrantlar isə 35–80 dollar ödəyir (proqramın güclü elmi komponenti yoxdursa).

Özəl ali təhsil ocaqlarında təhsil adətən bir az bahadır, lakin o pula daha müasir elmi avadanlıq, inkişaf etmiş infrastruktur və müəllim və digər işçi heyətinin tələbəyönümlüyü təklif olunur. Belə təhsil ocaqlarının bakalavr pilləsəində təhsi haqqı bir il üçün 3,5 min dollar, maqistraturada isə 1,3–10,5 min dollar təşkil edəcək.

Numbeo qiymət aqreqatoruna əsasən, Türkiyədə yaşayış yerinin kirayəsi Azərbaycandakından fərqli deyil.

Türkiyənin ali təhsil ocaqlarının nümayəndələri ilə şəxsən sərgidə ünsiyyət qurmaq olar. Giriş qeydiyyata əsasən sərbəstdir.

Комментарии Фейсбук Вконтакте