Fransa

Bir ölkə kimi Fransa öz yüksək dəbi və tanınmış mətbəxilə məşhurdur, Paris isə dünyanın ən gözəl şəhərlərindən biri hesab olunur.

Amma Fransada demək olar ki, pulsuz təhsil əldə edə biləcəyinizi, bilirsinizmi?

Fransada təhsil almağın üstünlüyünü kəşf edin:

  1. Kiçik təhsil xərcləri. Xarici tələbələrin Fransanın Ali dövlət məktəblərindəki illik ödəniş haqqı simvolik xarakter daşıyır:

    • 174 avro - bakalavriyat proqramları (DEUG, lisenziya);
    • 234 avro - magistratura proqramları (Master);
    • 564 avro - doktorantura proqramları (Doctorat).

    Özəl universitetlərdə təhsilin qiyməti Avropada ən aşağısından biridir - hər il 3 min avrodan başlayaraq.

  2. Böyük sayda təqaüd və qrantlar. Hər il Rusiyada Fransa səfirliyi təqaüd, təlim, sığorta, yaşayış və yemək xərclərini əhatə edən müsabiqə elan edir. Həmçinin Fransada təhsil almaq üçün maliyyə yardımı qəbul edən Ali məktəbləri tərəfindən, reqionlardan və ya şəhərlərdən əldə edə bilərsiniz.

  3. Yaşayışla bağlı qənaət imkanı. Hər bir xarici tələbə Fransada mənzildə yaşayan zaman subsidiyalar ala bilər, onlar mənzil dəyərinin əhəmiyyətli bir hissəsini kompensasiya edə bilər.

  4. İngilis dilində tədris. Fransanın bəzi Ali məktəblərində ingilis dilində akademik proqramlar var.

  5. Əvəzolunmaz təcrübə. Fransada təhsil almaq - xaricdə peşə təlimi üçün böyük bir fürsətdir. Belə bir təcrübə, xarici dilləri bilməklə yanaşı, sizi Fransada və dünyanın hər hansı digər ölkəsində uğurlu karyeranıza başlamağa kömək edəcək.

Fransa universitetinin tələbəsi olmaq və "Campus France"- dan fərdi məsləhət almaq istəyirsinizmi? Onda biz sizi sərgidə gözləyirik!

Fransa universitetlərinin və biznes məktəblərinin nümayəndələrinə şəxsən bütün suallarınızı  verin.

Fransa bildiyinizdəndə sizə daha yaxındır!

Комментарии Фейсбук Вконтакте